03 oktyabr 2024-cü il tarixində, Azərbaycan Dövlət Dəniz Akademiyasına ISO 9001:2015 beynəlxalq Keyfiyyəti İdarəetmə Sistemi sertifikatı təqdim edilmişdir.
Qeyd etmək lazımdır ki, Azərbaycan Dövlət Dəniz Akademiyası Publik Hüquqi Şəxsin dənizçilik mütəxəssislərinin hazırlanması üçün təhsil proqramlarının hazırlanması və tədris fəaliyyətinin həyata keçirilməsi: ali təhsil; orta ixtisas təhsili, texniki peşə təhsili; ixtisasartırma; təkmilləşdirmə, dənizçilərin təkrar hazırlığı sahəsində Keyfiyyəti İdarəetmə Sistemi eyni zamanda “Dənizçilərin hazırlanmasına, onlara diplom verilməsinə və növbə çəkməyə dair (DHDNÇ) 1978-ci il tarixli Beynəlxalq Konvensiya”nın tələbləri əsasında işlənib hazırlanmış və fəaliyyət göstərməkdədir.
Dənizçilik sahəsində təhsil xidmətləri göstərən müəssisələrin tədris prosesinin keyfiyyət standartları əsasında təşkili qeyd olunan Konvensiyanın tələblərindən biridir. Bu tələblərin icrası və onun sübutu olan beynəlxalq sertifikatlaşma dənizçilərin diplomlarının beynəlxalq arenada tanınmasında müstəsna rola malikdir.