Telefon : 050 277 22 53
ISO 42001:2023 İnformasiya texnologiyaları — Süni zəka— İdarəetmə sistemi

Hansı müəssisələr ISO 42001:2023 standartına uyğun sertifikatlaşa bilər?

  1. Tipindən, ölçüsündən və fəaliyyət sektorundan asılı olmayaraq süni zəka (SZ) texnologiyalarından istifadə edən və ya bu sahədə fəaliyyət göstərən bütün müəssisələr;
  2. İT şirkətləri, startaplar, maliyyə və sığorta təşkilatları, təhsil və səhiyyə qurumları, dövlət və özəl müəssisələr;
  3. Süni zəka həlləri hazırlayan, tətbiq edən, idarə edən və ya SZ əsaslı qərarvermə sistemlərindən istifadə edən bütün təşkilatlar.

Nə üçün ISO 42001:2023 beynəlxalq sertifikatı lazımdır?

  1. Müəssisənin süni zəka sistemlərini etik, etibarlı və məsuliyyətli şəkildə idarə etdiyini beynəlxalq səviyyədə sübut etmək üçün;
  2. Süni zəka texnologiyalarının təhlükəsiz, şəffaf və ədalətli şəkildə tətbiq olunduğunu nümayiş etdirmək üçün;
  3. Daxili və beynəlxalq tərəfdaşların, müştərilərin və tənzimləyici orqanların etimadını qazanmaq üçün;
  4. Rəqəmsal transformasiya və innovasiyalarda lider mövqeyini qorumaq və genişləndirmək üçün;
  5. Süni zəka ilə bağlı risklərin idarə olunan şərtlər altında olduğunu nümayiş etmək üçün.

Beynəlxalq sertifikatlaşdırma sizə hansı üstünlükləri qazandıracaq?
 ISO 42001:2023 standartı süni zəka texnologiyalarının idarə edilməsində sistemli və məsuliyyətli yanaşmanı təmin edir, təşkilatlarda şəffaflığı, təhlükəsizliyi və davamlı inkişafa dəstəyi gücləndirir.
 Bu standart üzrə sertifikatlaşdırılma müəssisələrə həm texnoloji, həm də reputasiya baxımından mühüm üstünlüklər qazandırır. O cümlədən:

  1. Müştəri və ictimai etimad güclənir;
  2. Süni zəka tətbiqlərində şəffaflıq və məsuliyyətlilik artır;
  3. Risklərin idarə olunması prosesi təkmilləşir;
  4. Brend imici və innovativlik səviyyəsi yüksəlir;
  5. Beynəlxalq əməkdaşlıq və layihələrdə iştirak imkanları genişlənir.

Bu sertifikat təkcə süni zəka idarəetməsi üçün deyil, həm də rəqəmsal gələcəyə doğru etibarlı və qabaqcıl addım atmaq üçün mühüm vasitədir.
 Bu imkanı sizə süni zəka, informasiya texnologiyaları və idarəetmə sistemləri üzrə geniş təcrübəyə malik və beynəlxalq standartlar və sertifikatlaşma üzrə ixtisaslaşmış Certifica MMC təqdim edir.