Telefon : 050 277 22 53
HALAL – Halal Uyğunluq Sertifikatı Standartı

Hansı müəssisələr Halal sertifikatına uyğun sertifikatlaşa bilər?
 • Ölçüsündən olmayaraq qida və alkoqolsuz içki məhsulları istehsal edən müəssisələr;
 • Kosmetika, əczaçılıq və digər sahələrdə fəaliyyət göstərən təşkilatlar;
 • Məhsullarının Halal standartlarına uyğunluğunu təmin etmək, istehlakçılara etibarlı və təhlükəsiz məhsullar təqdim etməklə yerli və beynəlxalq bazarlara çıxmaq istəyən sair uyğun dövlət və özəl müəssisələr.


Nə üçün Halal sertifikatı lazımdır?
 • Müəssisənin məhsul və xidmətlərinin dini tələblərə uyğun olduğunu, məhsul istehsalı və xidmət prosesi zamanı Halal prinsiplərinə əməl edildiyini nümayiş etdirmək üçün;
 • Məhsul və xidmətlərin halallığını, təhlükəsizliyini və keyfiyyətini təmin etməklə istehlakçı etimadını artırmaq üçün;
 • İstehsal və xidmət proseslərində Halal standartlarına uyğunluğu təmin etməklə yerli və beynəlxalq bazarlarda rəqabət üstünlüyü qazanmaq üçün;
 • Yerli və beynəlxalq səviyyədə etibarlı, məsuliyyətli və Halal prinsiplərinə riayət edən tərəfdaş kimi tanınmaq üçün;
 • Müştəri etimadını gücləndirmək və dövlət və özəl layihələrdə üstün mövqe əldə etmək üçün.

Beynəlxalq sertifikatlaşdırma sizə hansı üstünlükləri qazandıracaq?

 Halal sertifikatı müəssisələrə məhsul və xidmətlərin dini və halallıq tələblərinə uyğun olduğunu təsdiqləmək, istehlakçılara etibarlı və təhlükəsiz məhsullar təqdim etmək üçün güclü idarəetmə çərçivəsi yaradır.

Bu sertifikatın tətbiqi sayəsində təşkilatlar məhsul və xidmətlərinin Halal standartlarına uyğunluğunu təmin edilir, keyfiyyət və təhlükəsizlik səviyyəsi yüksəlir, beynəlxalq səviyyədə imici artır. 


Beynəlxalq sertifikatlaşma sayəsində müəssisələrin:
 • Məhsullarının və xidmətlərinin Halal prinsiplərinə uyğunluğu nümayiş olunur;
 • Etibarlılıq və şəffaflıq prinsiplərinə sadiqliyi bəyan edilir;
 • Brend imici və sosial nüfuzunun artmasına imkan yaranır;
 • Yerli və beynəlxalq bazarlarda tanınması və etimad qazanması asanlaşır;
 • Təhlükəsiz və Halal məhsullar təqdim edən layihələrdə və tenderlərdə iştirak imkanları genişlənir.


Bu təkcə sertifikatlaşma deyil — bu, Halal prinsiplərinə uyğun istehsal və xidmət keyfiyyətinə, etik məsuliyyətə və uzunmüddətli biznes dayanıqlığına doğru atılan strateji addımdır. Bu imkanı sizə sertifikatlaşma, audit və təlim sahəsində çoxillik təcrübəyə, peşəkar heyətə və dövlət-özəl sektorda geniş əməkdaşlıq şəbəkəsinə malik olan Certifica MMC təqdim edir.