Hansı müəssisələr ISO 45001:2018 standartına uyğun sertifikatlaşa bilər?
- Fəaliyyət sahəsindən asılı olmayaraq bütün müəssisələr;
- İstehsal, xidmət, təmir-tikinti, nəqliyyat, enerji, neft-qaz və digər bütün sahələrdə fəaliyyət göstərən müəssisələr;
- İşçilərin sağlamlığı və təhlükəsizliyi ilə bağlı riskləri idarə etmək istəyən bütün təşkilatlar;
- QSC-lər, MMC-lər, sahibkarlıq subyektləri, QHT-lər, dövlət və özəl müəssisələr.
Beynəlxalq sertifikatlaşdırma sizə hansı üstünlükləri qazandıracaq?
ISO 45001:2018 standartı müəssisələrə işçilərin sağlamlığı və təhlükəsizliyini qorumaq, riskləri vaxtında müəyyənləşdirib idarə etmək və təhlükəsiz iş şəraiti yaratmaq üçün əsaslar təqdim edir.
Bununla yanaşı:
- İşçilərin rifahı və etibarı yüksəlir;
- Əməyin təhlükəsizliyi sahəsində risklərin qiymətləndirilməsi və nəzarətə alınması həyata keçirilir;
- Müəssisənin reputasiyası və sosial məsuliyyəti möhkəmlənir;
- Müəssisənin beynəlxalq əməyin təhlükəsizliyi standartlarına uyğunluğu təmin olunur;
- Dövlət və beynəlxalq layihələrdə iştirak imkanları genişlənir və s.
Nə üçün müəssisələrə ISO 45001:2018 beynəlxalq sertifikatı lazımdır?
- Müştərilərə və digər maraqlı tərəflərə ISO 45001:2018 – Peşə Sağlamlığı və Təhlükəsizliyini İdarəetmə Sisteminin tətbiq olunduğunu və nəzarət altında olduğunu nümayiş etdirmək üçün;
- İşçilərin sağlamlığı və təhlükəsizliyinin müəssisə üçün prioritet olduğunu göstərmək üçün;
- Beynəlxalq əməyin təhlükəsizliyi standartına uyğunluğu təsdiq etməklə əlavə əməkdaşlıq imkanları əldə etmək üçün;
- İş mühitində risklərin və qəza ehtimallarının nəzarət altında olan şərtlər daxilində idarə edildiyini təsdiqləmək üçün;
- Dövlət və beynəlxalq layihələrdə iştirakda üstünlük əldə etmək üçün.
Bu, sadəcə sertifikatlaşma deyil, sağlam və təhlükəsiz iş şəraitinin yaradılması, qəza, xəsarət və zədələnmələrin minimma endirilməsi ilə gələcək uğurlara yol açmaq üçün güclü bir imkandır.
Bu imkanı sizə sertifikatlaşma, audit və təlim sahəsində çoxillik təcrübəyə, ixtisaslaşmış heyətə və dövlət və özəl sektorda geniş müştəri portfelinə malik olan Certifica MMC təqdim edir.