Telefon : 050 277 22 53
ISO 9001:2015 Keyfiyyəti İdarəetmə Sistemi

Hansı müəssisələr ISO 9001:2015 standartına uyğun sertifikatlaşa bilər?

  • Tipindən, ölçüsündən və fəaliyyət sektorundan asılı olmayaraq istənilən müəssisələr;
  • QSC-lər, MMC-lər, sahibkarlıq subyektləri, QHT-lər, sair dövlət və özəl müəssisələr;
  • İstehsal etdiyi məhsuldan və göstərdiyi xidmət növündən asılı olmayaraq bütün müəssisələr.

Nə üçün ISO 9001:2015 beynəlxalq sertifikatı lazımdır?

  • Müştərilərə və digər maraqlı tərəflərə ISO 9001:2015 - Keyfiyyəti İdarəetmə Sisteminin tətbiq olunduğunu və nəzarət altında olduğunu nümayiş etdirmək üçün;
  • Yeni daxili və xarici bazarlara çıxış imkanı və üstünlük əldə etmək üçün;
  • Müəssisənin məhsul və xidmətlərinin beynəlxalq standartın tələblərinə cavab verən müəssisədə meydana gəldiyini nümayiş etdirmək üçün;
  • Əməkdaşlıq imkanlarını genişləndirmək üçün;
  • Məhsul və xidmətlərin ixracını genişləndirmək üçün.

Beynəlxalq sertifikatlaşdırma sizə hansı üstünlükləri qazandıracaq?

ISO 9001:2015 standartı müəssisələrə keyfiyyətli məhsul və xidmət təqdim etmələri üçün möhkəm baza formalaşdırır, müştəri marağını gücləndirir və davamlı əməkdaşlıq üçün geniş perspektivlər açır. 


ISO 9001:2015 standartına uyğun sertifikatlaşdırılma müəssisələrə həm daxili, həm də xarici müstəvidə mühüm üstünlüklər qazandırır. O cümlədən:

  • Müştərilər və tərəfdaşlar qarşısında etibarlılıq daha da artır;
  • Brend imici güclənir;
  • Rəqabət qabiliyyəti yüksəlir;
  • Müəssisələr beynəlxalq səviyyədə tanınma əldə edir;
  • Dövlət və beynəlxalq tenderlərdə iştirak imkanları artır və s.

Bu tək sertifikatlaşma olmayıb, biznesin inkişafını sürətləndirən, müəssisələrin beynəlxalq standartlara uyğunluğunu təsdiqləyən və gələcək uğurlara yol açan güclü imkandır. Bu imkanı sizə sertifikatlaşma, audit və təlim sahəsində çoxillik təcrübəyə, ixtisaslaşmış heyətə və dövlət və özəl sektorda geniş müştəri portfelinə malik olan Certifica MMC təqdim edir.