Hansı müəssİsələr bu standarta uyğun sertİfİkatlaşa bİlər?
- Ölçüsündən və qida zəncirindəki yerindən asılı olmayaraq bütün müəssisələr;
- Qida istehsalı müəssisələri, kənd təsərrüfatı və xammal tədarükçüləri , qablaşdırma və material istehsalçıları, topdan və pərakəndə satış müəssisələri, daşınma və logistik xidmətİ müəssisələri, ictimai iaşə obyektləri, qida analiz laboratoriyaları və köməkçi xidmətlər və s.
Nə üçün ISO 22000:2018 beynəlxalq sertifikatı lazımdır?
- Müştərilərə və digər maraqlı tərəflərə Qida Təhlükəsizliyini İdarəetmə Sisteminin tətbiq olunduğunu və nəzarət altında olduğunu nümayiş etdirmək üçün;
- Yeni bazarlara və sektorlara çıxış imkanı və üstünlük əldə etmək üçün;
- Təqdim olunan məhsul və xidmətlərin ISO 22000:2018 beynəlxalq standartının tələblərinə cavab verən müəssisədə meydana gəldiyini nümayiş etdirmək üçün;
- Əməkdaşlıq və tərəfdaşlıq imkanlarını genişləndirmək üçün;
- Qida məhsullarının ixrac potensialını artırmaq, sertifikatlaşmanı reklam və marketinq strategiyalarında istifadə edərək brendin etibarını gücləndirmək üçün.
Beynəlxalq sertifikatlaşdırma sizə hansı üstünlükləri qazandıracaq?
ISO 22000:2018 standartına uyğun sertifikatlaşdırılma müəssisələrə həm daxili, həm də xarici müstəvidə mühüm üstünlüklər qazandırır. O cümlədən:
- İstehlakçıların təhlükəsiz qida istehlakına dair etibar artır;
- Qida təhlükəsizliyi üzrə beynəlxalq tələblərə uyğunluq təsdiqlənir;
- Brendin nüfuzu və rəqabət qabiliyyəti güclənir;
- Müəssisələr beynəlxalq səviyyədə tanınma əldə edir;
- Dövlət və beynəlxalq tenderlərdə iştirak imkanları genişlənir ;
- Rəqiblər arasında fərqlənmək və bazarda güclü mövqe qazanmaq imkanı yaranır;
- Reklam və marketinq fəaliyyətlərində etibarlılıq və güvən mesajı güclənir;
- Müştərilərin və tərəfdaşların etimadı artır, satış və bazar payı yüksəlir.
Bu təkcə sertifikatlaşma deyil, həm də müəssisələrin qida təhlükəsizliyi üzrə beynəlxalq standartlara uyğunluğunu təsdiqləyən, bazar mövqeyini möhkəmləndirən və yeni uğurlara yol açan güclü fürsətdir.
Bu imkanı sertifikatlaşdırma, audit və təlim sahəsində çoxillik təcrübəyə, ixtisaslaşmış heyətə və dövlət və özəl sektorda geniş müştəri portfelinə malik olan Certifica MMC təqdim edir.