Phone : 050 277 22 53
ISO 13009:2015 – Turizm və əlaqəli xidmətlər — Çimərliklərin fəaliyyətinə dair tələblər və tövsiyələr

Hansı müəssisələr ISO 13009:2015 standartına uyğun sertifikatlaşa bilər?

  1. Tipindən və ölçüsündən asılı olmayaraq çimərliklərin idarə olunması, turizm və istirahət xidmətləri ilə məşğul olan müəssisələr;
  2. Bələdiyyələr, turizm idarələri, kurort və istirahət mərkəzləri, hotellər və turizm operatorları və s.;
  3. Təhlükəsiz, təmiz və yüksək keyfiyyətli çimərlik mühiti yaratmaq istəyən bütün dövlət və özəl təşkilatlar.

 

Nə üçün ISO 13009:2015 beynəlxalq sertifikatı lazımdır?

  1. Çimərliklərin idarə olunmasının beynəlxalq standartlara uyğun həyata keçirildiyini nümayiş etdirmək üçün;
  2. Turistlərin təhlükəsizliyi, sağlamlığı və məmnunluğunun sertifikatlaşdırılmış şirkət tərəfindən təmin olunduğunu bəyan etmək üçün;
  3. Müəssisənin və ya bölgənin turizm infrastrukturunun keyfiyyətini və etibarlılığını artırmaq üçün;
  4. Beynəlxalq turizm sektorunda tanınmaq və rəqabət üstünlüyü əldə etmək üçün;
  5. Ətraf mühitin qorunması, xidmət keyfiyyətinin artırılması və dayanıqlı turizm prinsiplərinə əməl etmək üçün.

 

Beynəlxalq sertifikatlaşdırma sizə hansı üstünlükləri qazandıracaq?

ISO 13009:2015 standartı çimərliklərin təhlükəsiz, təmiz və davamlı idarə olunması üçün aydın və praktik çərçivə təqdim edir. Bu standartın tətbiqi turizm müəssisələrinə və çimərlik operatorlarına həm ekoloji, həm sosial, həm də bir sıra iqtisadi faydalar qazandırır.

ISO 13009:2015 standartına uyğun sertifikatlaşdırılma müəssisələrə həm daxili, həm də beynəlxalq səviyyədə mühüm üstünlüklər təmin edir. O cümlədən:

  1. Turistlər və tərəfdaşlar qarşısında etibarlılıq artır;
  2. Çimərlik xidmətlərinin keyfiyyəti və təhlükəsizliyinin beynəlxalq səviyyədə tanındığı bəyan olunur;
  3. Müəssisənin turizm imici güclənir;
  4. Beynəlxalq səviyyədə tanınma və fərqlənmə əldə olunur;
  5. Davamlı turizm və ekoloji məsuliyyət prinsiplərinə uyğunluq təmin edilir.


Bu tək sertifikatlaşma olmayıb, turizm sektorunda keyfiyyət, təhlükəsizlik və davamlılıq göstəricilərini yüksəldən, beynəlxalq səviyyədə etibarlılıq qazandıran güclü imkandır.
 Bu imkanı sizə sertifikatlaşdırma, audit və təlim sahəsində çoxillik təcrübəyə, ixtisaslaşmış heyətədövlət və özəl sektorda geniş müştəri portfelinə malik olan Certifica MMC təqdim edir.