Hansı müəssisələr ISO 21500:2021 standartına uyğun sertifikatlaşa bilər?
• Tipindən və ölçüsündən asılı olmayaraq layihə idarəetməsi həyata keçirən bütün müəssisələr və təşkilatlar;
• İstehsal, xidmət, tikinti, informasiya texnologiyaları, energetika, neft-qaz, logistika, səhiyyə və digər sektorlarda layihələr həyata keçirən təşkilatlar;
• Layihə proseslərini sistemli və effektiv şəkildə idarə etmək, resurslardan səmərəli istifadə etmək və layihə məqsədlərinə vaxtında və keyfiyyətli nail olmaq istəyən bütün dövlət və özəl müəssisələr.
Nə üçün ISO 21500:2021 beynəlxalq sertifikatı lazımdır?
• Müəssisənin layihə əsaslı idarəedilməsində sistemli və effektiv yanaşmanın tətbiq etdiyini, layihələrin məqsəd və nəticələrinə davamlı olaraq nail olunduğunu nümayiş etdirmək üçün;
• Layihə resurslarının səmərəli idarə olunduğu və layihə performansının daim optimallaşdırıldığını bəyan etmək üçün;
• Beynəlxalq bazarlarda etibarlı, məsuliyyətli və peşəkar tərəfdaş kimi tanınmaq üçün;
• Rəqabət üstünlüyü və müştəri etimadı qazanmaq, həmçinin dövlət və özəl layihələrdə üstün mövqe əldə etmək üçün.
Beynəlxalq sertifikatlaşdırma sizə hansı üstünlükləri qazandıracaq?
ISO 21500:2021 standartı müəssisələrə layihələrin idarəedilməsində effektiv və sistemli yanaşma tətbiq etməyə, resurslardan səmərəli istifadə etməyə və layihələrin uğurla həyata keçirilməsini təmin etməyə imkan verən güclü idarəetmə çərçivəsi yaradır.
Müəssisələr bu standartın tətbiqi və sertifikatlaşması sayəsində layihələrin planlaşdırılmasını, icrasını və monitorinqini optimallaşdırır, davamlı inkişaf məqsədlərinə nail olur və beynəlxalq səviyyədə məsuliyyətli qurum imici qazanırlar.
Beynəlxalq sertifikatlaşma sayəsində müəssisələrin: