Hansı müəssisələr ISO 22483:2020 standartına uyğun sertifikatlaşa bilər?
• Tipindən və ölçüsündən asılı olmayaraq otel, turizm və qonaqlama xidmətləri göstərən bütün müəssisələr;
• Otellər, motellər, qonaq evləri və digər qonaqlama obyektləri, həmçinin turizm xidmətləri göstərən müəssisələr;
• Müştəri məmnuniyyətini artırmaq, xidmət keyfiyyətini sistemləşdirmək və beynəlxalq standartlara uyğun fəaliyyət göstərmək istəyən dövlət və özəl təşkilatlar;
• Milli və beynəlxalq qonaqlama standartlarına uyğunluğu sübut etmək, yerli və beynəlxalq səviyyədə etibarlı tərəfdaş kimi tanınmaq istəyən təşkilatlar.
Nə üçün ISO 22483:2020 beynəlxalq sertifikatı lazımdır?
• Otel, turizm və qonaqlama xidməti göstərən müəssisələrin idarəedilməsində sistemli və effektiv yanaşmanın tətbiq edildiyini, müştəri məmnuniyyətinin diqqət mərkəzində olduğunu nümayiş etdirmək üçün;
• Xidmət proseslərinin standartlara uyğunluğunu bəyan etmək üçün;
• Müştəri təcrübəsini yaxşılaşdırmaq, qonaqlama xidmətlərinin keyfiyyətini artırmaq və davamlı inkişaf məqsədlərinə töhfə vermək üçün;
• Yerli və neynəlxalq səviyyədə etibarlı, məsuliyyətli və beynəlxalq standartların tələbləri əsasında fəaliyyət göstərən müəssisə - tərəfdaş kimi tanınmaq üçün;
• Rəqabət üstünlüyü və müştəri etimadını qazanmaq, həmçinin turizm və qonaqlama sahəsində dövlət və özəl layihələrdə üstün mövqe əldə etmək üçün.
Beynəlxalq sertifikatlaşdırma sizə hansı üstünlükləri qazandıracaq?
ISO 22483:2020 standartı otel və qonaqlama müəssisələrinə xidmət keyfiyyətini sistemli şəkildə idarə etmək, müştəri məmnuniyyətini artırmaq və fəaliyyət proseslərini optimallaşdırmaq üçün güclü idarəetmə çərçivəsi yaradır.
Bu standartın tətbiqi və müəssisələrin sertifikatlaşdırılması sayəsində təşkilatlar xidmət keyfiyyətini yüksəldir, davamlı inkişaf məqsədlərinə nail olur və beynəlxalq səviyyədə etibarlı və məsuliyyətli tərəfdaş qurumu imici qazanır.
Beynəlxalq sertifikatlaşma sayəsində müəssisələrin:
• Xidmət keyfiyyəti və beynəlxalq standartlara uyğunluğu nümayiş olunur;
• Brend imici və sosial nüfuzunun artmasına imkan yaranır;
• Beynəlxalq turizm bazarlarında tanınma və etimad qazanması asanlaşır;
• Davamlılıq və keyfiyyət tələblərinə cavab verən layihələrdə və tenderlərdə iştirak imkanları genişlənir.
Bu təkcə sertifikatlaşma deyil — bu, xidmət keyfiyyətinə, müştəri məmnuniyyətinə və uzunmüddətli etibarlılığa doğru atılan strateji addımdır.
Bu imkanı sizə sertifikatlaşma, audit və təlim sahəsində çoxillik təcrübəyə, peşəkar heyətə və dövlət-özəl sektorda geniş əməkdaşlıq şəbəkəsinə malik olan Certifica MMC təqdim edir.