Phone : 050 277 22 53
ISO 37001:2016 - “Rüşvətxorluğa Qarşı İdarəetmə Sistemi”

Hansı müəssİsələr ISO 37001:2016 standartına uyğun sertİfİkatlaşa bİlər?

  • Tipindən, ölçüsündən və fəaliyyət sahəsindən asılı olmayaraq bütün müəssisələr;
  • Korrupsiya risklərini minimuma endirmək, şəffaf və etibarlı idarəetmə mədəniyyəti formalaşdırmaq istəyən hər bir təşkilat;
  • Dövlət qurumları, banklar və maliyyə institutları, neft və qaz sektoru şirkətləri, tikinti, infrastruktur və sığorta şirkətləri, universitetlər və təhsil müəssisələri, satınalma və tenderlə məşğul olan müəssisələr, korporativ holdinqlər, özəl şirkətlər və s.

Nə üçün ISO 37001:2016 beynəlxalq sertİfİkatı lazımdır?

  • Müştərilərə və digər maraqlı tərəflərə ISO 37001:2016 – Rüşvətxorluğa Qarşı İdarəetmə Sisteminin tətbiq olunduğunu və nəzarət altında olduğunu nümayiş etdirmək üçün;
  • Şirkətin şəffaflıq və dürüstlük prinsiplərinə sadiqliyini təsdiqləmək üçün;
  • Korrupsiya risklərini idarə edən şirkətlərin beynəlxalq reyestrində təmsil olunmaq üçün;
  • Əməkdaşlıq və tərəfdaşlıq imkanlarını genişləndirmək üçün;
  • Yerli, dövlət və beynəlxalq layihələrdə etibarlı tərəfdaş kimi iştirak imkanı əldə etmək üçün.

ISO 37001:2016 standartının tətbiqi müəssisələrə hansı üstünlüklər qazandırır?

ISO 37001:2016 standartı müəssisələrə korrupsiya risklərini vaxtında müəyyənləşdirmək, qarşısını almaq və idarə etmək üçün möhkəm baza formalaşdırır, şəffaf idarəetməni gücləndirir və etibarlı əməkdaşlıq üçün geniş perspektivlər açır.


ISO 37001:2016 standartına uyğun sertifikatlaşdırılma müəssisələrə həm daxili, həm də xarici müstəvidə mühüm üstünlüklər qazandırır. O cümlədən:

  • Müştərilər və tərəfdaşlar qarşısında etibarlılıq daha da artır;
  • Şirkətin reputasiyası və brend imici güclənir;
  • Rəqabət qabiliyyəti yüksəlir;
  • Müəssisələr beynəlxalq səviyyədə tanınma və etibar qazanır;
  • Dövlət və beynəlxalq tenderlərdə iştirak imkanları artır və s.

Bu, sadəcə sertifikatlaşma olmayıb, dürüstlük və şəffaflıq mədəniyyətini gücləndirən, müəssisələrin beynəlxalq standartlara uyğunluğunu təsdiqləyən və gələcək uğurlara yol açan güclü imkandır.

Bu imkanı sizə sertifikatlaşma, audit və təlim sahəsində çoxillik təcrübəyə, ixtisaslaşmış heyətə və dövlət və özəl sektorda geniş müştəri portfelinə malik olan Certifica MMC təqdim edir.