ISO 22301:2019, təşkilatların fövqəladə hallar və krizislər zamanı biznes fəaliyyətlərini davam etdirə bilmələri üçün hazırlıqlı olmalarını təmin edən bir idarəetmə sistemi standartıdır.
1. Təlimin Məqsədi:
ISO 22301:2019 təlimi, təşkilatların fövqəladə hallara qarşı hazırlıq görməsi və öz biznes fəaliyyətlərini davamlı şəkildə icra etməsi üçün lazımi metod və alətləri təqdim edir. Təlimin məqsədi, təşkilatların fövqəladə hallar zamanı fəaliyyətlərini dayandırmadan, müştəri xidmətlərini təmin etmələrinə, iqtisadi itkilərin qarşısını almalarına və reputasiyalarını qorumağa kömək edəcək bir davamlılıq strategiyası yaratmalarına yönəlmişdir.
2. Təlimin Əsas Bölmələri:
- · Fövqəladə hallara hazırlıq prinsipləri
- · Krizis vəziyyətinin idarə edilməsi
- · Risklərin qiymətləndirilməsi və təhlili
- · Fövqəladə hallarda rabitə
- · Fövqəladə hallar üçün hərəkət planları və təlimlər
- · İzləməvə təhlil
3. Təlimin Faydaları:
- · Risklərin azaldılması
- · İş davamlılığının təmin edilməsi
- · Təşkilatın reputasiyasının qorunması
- · Fövqəladə hallara qarşı daha güclü hazırlıq
- · Resursların daha effektiv istifadəsi
- · Uyğunluq və hüquqi tələblər