SWOT təhlil – müəssisənin güclü (Strengths) və zəif (Weaknesses) tərəflərini, eləcə də imkanlar (Opportunities) və təhdidlər (Threats) faktorlarını müəyyən etmək üçün aparılan kompleks analitik təhlil növüdür.
Certifica MMC tərəfindən həyata keçirilən SWOT təhlili idarəetmə sisteminin, təşkilati strukturun və biznes proseslərin real vəziyyətini strateji baxımdan qiymətləndirməyə imkan verir. Bu təhlil nəticəsində müəssisənin daxili potensialı, bazar mövqeyi, risklər və inkişaf istiqamətləri aydın şəkildə müəyyən olunur.
SWOT təhlili həm müstəqil audit xidməti kimi, həm də digər audit növləri (daxili, qiymətləndirmə və s. auditi) çərçivəsində aparıla bilər.
Xidmətin üstünlüyü – müəssisəyə strateji planlaşdırma prosesində əsaslı qərarlar qəbul etməyə, resursları düzgün yönləndirməyə və idarəetmə sisteminin dayanıqlığını gücləndirməyə imkan verir.