Hər hansı meyar əsasında audit – sifarişçinin müəyyən etdiyi istənilən meyar, tələblər və ya göstəricilər (məsələn, korporativ siyasət, müqavilə şərtləri, istehsal və xidmət prosesi, risk və performans göstəriciləri, daxili qaydalar və s.) üzrə idarəetmə sisteminin/müəssisə fəaliyyətinin qiymətləndirilməsi məqsədilə keçirilir.
Bu audit növü standart ISO tələbləri ilə məhdudlaşmır və sifarişçinin spesifik ehtiyaclarına uyğunlaşdırılır. Certifica MMC bu xidməti həyata keçirərkən müştərinin prioritetlərini, strateji məqsədlərini və sair xüsusiyyətlərini nəzərə alaraq fərdi audit proqramı tərtib edir.
Audit nəticəsində müəssisənin seçilmiş meyarlara uyğunluq səviyyəsi, risklər və təkmilləşdirmə istiqamətləri barədə ətraflı hesabat təqdim olunur.
Xidmətin üstünlüyü – sifarişçiyə konkret fəaliyyət sahəsində real vəziyyəti qiymətləndirmək, performansı artırmaq, qərarvermə prosesini təkmilləşdirmək və resursları daha səmərəli idarə etmək imkanı verir.