Telefon : 050 277 22 53
Transfer auditi

Transfer auditi – müəssisənin mövcud sertifikatının bir sertifikatlaşdırma orqanından digərinə keçidi zamanı keçirilən auditdir. Bu auditin əsas məqsədi müəssisənin idarəetmə sisteminin müvafiq ISO standartlarının tələblərinə uyğunluğunun və etibarlılığının davamlı təmin edilməsidir.


Audit zamanı əvvəlki sertifikatlaşdırma orqanının audit hesabatları, uyğunsuzluqların aradan qaldırılması sübutları, idarəetmə sisteminin aktual vəziyyəti və risklərin idarə olunma səviyyəsi nəzərə alınır.

Bu xidmət müəssisələrə yeni sertifikatlaşdırma orqanına keçid zamanı fəaliyyətin dayanmadan davam etməsini, mövcud sertifikatın qüvvədə qalmasını və əlavə xərclərin qarşısının alınmasını təmin edir.


Xidmətin üstünlüyü – müəssisə üçün idarəetmə sisteminin fasiləsizliyinə zəmanət verir, beynəlxalq etibarlılığın qorunmasına və sertifikatın qüvvədən düşmə riskinin qarşısının alınmasına şərait yaradır.