Qiymətləndirmə auditi – müəssisənin idarəetmə sisteminin beynəlxalq standartların tələblərinə və qanunvericiliyə uyğunluq səviyyəsini müəyyən etmək üçün keçirilir. Bu audit adətən sertifikatlaşdırma prosesinə hazırlıq mərhələsində aparılır. Qiymətləndirmə nəticəsində müəssisənin idarəetmə sistemi sənədləşməsi, vacib qeydlər, müvafiq standartın (Məsələn,Korrupsiya İlə Mübarizə İdarəetmə Sistemi - IS0 37001:2025 , Biznesin Davamlılığını İdarəetmə Sistemi - ISO 22301:2019 və s.) tələblərinə riayət edilmə dərəcəsi müəyyən edilir, boşluqlar aşkarlanır və onların aradan qaldırılması üçün müəssisə imkan əldə edir. Certifica MMC-nin beynəlxalq auditorları bu prosesdə müəssisələrə sertifikatlaşma öncəsi kompleks audit xidmətləri göstərə, ilkin və sertifikatlaşma auditləri zamanı müəssisəni təmsil edə bilər. Xidmətin üstünlüyü sifarişçiyə bütün riskləri minimuma endirərək sertifikatlaşma auditini inamla keçməyə kömək edə bilər.
Certifica MMC hər bir audit prosesini obyektivlik, müstəqillik və konfidensiallıq prinsiplərinə əsaslanaraq həyata keçirir. Audit nəticələri müəssisələrə idarəetmə sistemlərini təkmilləşdirmək, səmərəliliyi artırmaq və beynəlxalq səviyyədə etibarlılıqlarını gücləndirmək imkanı yaradır.