Telefon : 050 277 22 53
Təchizatçıların auditi

Təchizatçıların auditi – müəssisənin təchizatçılarının, podratçılarının və tərəfdaşların fəaliyyətinin beynəlxalq standartlara, qanunvericiliyə,  müqavilə öhdəliklərinə və hüquqi tələblərə uyğunluğunu qiymətləndirmək üçün aparılır. Təchizatçı auditi, yaxud maraqlı tərəf auditi müəssisənin tədarük zəncirində etibarlılıq, keyfiyyət və uyğunluğunun təmin olunması məqsədilə həyata keçirilir. 


Bu tip auditlər, xüsusilə ISO 9001:2015 (Keyfiyyəti İdarəetmə Sistemi), ISO 14001:2015 (Ekoloji İdarəetmə Sistemi), ISO 45001:2018 (Peşə Sağlamlığı və Təhlükəsizliyini İdarəetmə Sistemi), ISO 22000:2018 (Qida Təhlükəsizliyini İdarəetmə Sistemi)  ISO 28000:2022 (Təhlükəsizlik və Dayanıqlıq - Təhlükəsizliyi İdarəetmə Sistemi) standartları çərçivəsində geniş tətbiq olunur. Certifica MMC tərəfindən həyata keçirilən təchizatçı auditləri müəssisələrə riskləri vaxtında aşkarlamaq, keyfiyyət göstəricilərini sabit saxlamaq və təchizat zəncirinin etibarlılığını artırmağa imkanı verir. 


Bizim xidmətlərimizdən istifadə edərək təchizatçınızı düzgün qiymətləndirməklə risklərinizi azalda, keyfiyyətə nəzarəti gücləndirə, müştəri məmnuniyyətini artıra, davamlı təkmilləşdirmə üçün perspektivləri müəyyən edə, qanunvericilik, müvafiq standart, müştəri tələblərinə uyğunluq səviyyəsini qiymətləndirə, eləcə də əməkdaşlıqda şəffaflıq və məsuliyyətliliyi təmin edə bilərsiniz. Xidmətin üstünlüyü sifarişçi və təchizatçı arasında etimad və uzunmüddətli tərəfdaşlıq münasibətlərinin yaranmasına dəstək olur, düzgün qərarların verilməsinə ikman yaradır.