Daxili audit – sifarişçinin müəssisəsində idarəetmə sisteminin ISO standartlarının, siyasət və prosedurların, sair normativ sənədlərin tələblərinə uyğunluğunu qiymətləndirmək üçün keçirilir. ISO 19011 (İdarəetmə Sistemlərinin Auditi Üzrə Rəhbər Göstərişlər) standartı əsasında həyata keçirilən bu audit təşkilatın fəaliyyətindəki riskləri, uyğunsuzluqları və inkişaf ehtiyaclarını müəyyən etməyə imkan verir, proseslərin vəziyyəti barədə nəticə formalaşdırır.
Certifica MMC sifarişçinin müəssisəsində daxili auditlərin planlaşdırılması, həyata keçirilməsi və müvafiq hesabatların tərtib edilməsində peşəkar dəstək göstərir. Bununla yanaşı başqa daxili audit prosesini Certifica MMC-yə outsorsinq xidməti formasında transfer etməklə müəssisələr insan resursları, əmək haqqı xərcləri, təlim xərcləri, vaxt itkisi, sair resurs xərclərinə qənaət edərək daha aşağı xərclərlə keyfiyyətli audit nəticələri əldə edə, gözlənilən qarşı tərəf auditinə (ikinci (təchizatçı/maraqlı tərəf auditi) və üçüncü (sertifikatlaşma qurumu tərəfindən gözlənilən illik qiymətləndirmə auditi) tərəf auditi) daha hazırlıqlı və əmin şəkildə başlaya bilərlər. Xidmətin üstünlüyü minimal xərclərlə maksimum əminlik əldə edilir.