Təlim
Məşhur iqtisadi yanaşmaya əsaslansaq qeyd edə bilərik ki, hər – hansı şirkətin potensialı ən mühüm üç resurs komponentindən: istehsal müəssisələri (binalar və avadanlıqlar), investisiya və insanlar, yəni insan resurslarından ibarətdir. Təxminən yarım əsrlik tarixi olan "İnsan resursları" termini şəxs-əməkdaşın şirkətin səmərəliliyində tanınmağa başlayan strateji əhəmiyyətini vurğulamaqdadır. Müasir təşkilatlarda insanların gördüyü işin 70-80%-i onların zəkasından istifadənin payına düşür. Beləliklə intellektli şirkət işçiləri texnologiya və kapitalı ideya və biliklərlə birləşdirərək, hamısını rəqabətqabiliyyətli bazar məhsuluna çevirirlər. Bir çox hallarda müəssisələr yuxarıda qeyd olunan nəticələri əldə etmək üçün ya intellektual və bacarıqlı işçilər axtarır, yaxud da potensiallı işçiləri cəlb edərək onların inkişafını təmin etməyə çalışır. Bəlli investisiya hesabına araya-ərsəyə gələn idarəetmə sistemlərini idarə etmək, lazımi qeydlərin aparılmasına nəzarət etmək, sistemin effektivliyinin artırılmasına, daimi inkişafa töhfə vermək müəssisələrdə əslində hər bir əməkdaşın, amma bir qayda olaraq idarəetmə sistmlərinin daxili auditorlarının üzərinə düşür. Müəssisənin öz auditorları istər maraqlı tərəf auditini, istərsə də müəssisədaxili auditləri aparmaq səlahiyyətində olduğuna görə onların hazırlığı və daimi təkmilləşdirilməsi müəssisələrin bu istiqamətdə strateji hədəflərə çatmasında əsas faktorlardan birini təşkil edir. Beynəlxalq standartlar əsasında tərtib edilmiş xüsusi proqramlar vasitəsilə keçirilən müxtəlif təyinatlı (giriş, tanışlıq, daxili audit) təlimlərimizdə dinləyicilər müxtəlif ISO standartlarına (ISO 9001, ISO 14001, ISO 22001, ISO 27001, ISO 37001, ISO 45001, ISO 50001 və s.) dair biliklərini artıra nəzəri imtahanları uğurla verərək daxili auditor sertifikatları əldə edə bilərlər. Çoxillik təlim təcrübəsi olan ölkəmizdə və xaricdə tədris keçmiş Certifica MMC təlimçiləri bu işdə sizə yardımçı olmağa hazırdır. Arzuladığınız təlimdə iştirak etmək üçün aşağıdakı linkdə qeyd olunmuş formanı dolduraraq bizə göndərməyiniz kifayətdir.
