Haqqımızda

Biz kimik?

Şirkət haqqında məlumat

Müasir biznes, bu gün menecerlərin qarşısında çoxsaylı və müxtəlif vəzifələri çevik və tez həll etmək üçün istifadə edilə bilən qabaqcıl idarəetmə alətlərinə ehtiyac duyur. Strateji məqsədlərə çatmaq, idarəetmənin effektivliyini artırmaq, prosesləri optimallaşdırmaq üçün idarəetmə sistemlərinin tətbiqi bu işdə möhkəm təməl rolunu oynaya bilər. İdarəetmə standartlarının sadə və rahat tətbiq edilə bilən qaydalarına riayət etməklə, ən aşağı qiymətə də ən yaxşı nəticə əldə etmək mümkündür.

İdarəetmə sisteminin tətbiqi və effektivliyi şirkətlərdən birbaşa asılıdır. İdarəetmə sisteminin beynəlxalq standartların tələblərinə uyğunluğunun, qarşıya qoyulan məqsədlərə cavab vermə səviyyəsinin qiymətləndirilməsi - idarəetmə sistemlərinin sertifikatlaşdırılması orqanı tərəfindən həyata keçirilir. Bu cür qiymətləndirmənin nəticələrinə etibar etmək üçün müvafiq standartın tələblərinə uyğun olaraq idarəetmə sisteminin auditini həyata keçirə bilən etibarlı sertifikatlaşdırma orqanının seçilməsi vacibdir. Certifica MMC idarəetmə sistemlərinin sertifikatlaşdırılması xidmətlərini təqdim edən belə bir orqandır.

Əməkdaşlıq etdiyi Beynəlxalq təşkilatların akkreditasiya və tanınmaları sayəsində Certifica MMC geniş çeşiddə sertifikatlaşdırma və audit xidmətləri təklif edir. Azərbaycan Respublikasında bir sıra dövlət və özəl müəssisələrə göstərdiyimiz keyfiyyətli xidmətlərimiz bizi ixtisaslı, obyektiv və tanınmış şirkət axtarışında olanlara yaxınlaşdırır. Çoxillik audit və təlim təcrübəmiz həmçinin birinci tərəf auditi və maraqlı tərəf auditlərini uğurla keçirməyə, müxtəlif təyinatlı təlimləri təşkil etməyə imkan verir. Certifica MMC bu gün ISO 9001:2015, ISO 14001:2015, ISO 22001:2018, ISO 27001:2022 , ISO 37001:2016, ISO 45001:2018, ISO 50001:2018 və digər standartlar əsasında sertifikatlaşma, audit və təlim xidmətləri təklif edir.