“Lion security” MMC-də ISO 9001:2015 beynəlxalq Keyfiyyəti İdarəetmə Sistemi standartına uyğun olaraq idarəetmə sisteminin birinci nəzarət auditi keçirilmişdir.
29 sentyabr 2024-cü il tarixində “Lion Security” MMC-də beynəlxalq Keyfiyyəti İdarəetmə Sistemi – ISO 9001:2015-ə uyğun olaraq birinci nəzarət auditi həyata keçirilmişdir. Audit, şirkətin Keyfiyyəti İdarəetmə Sisteminin qeyd olunan beynəlxalq standarta uyğunluğunu təmin etmək məqsədi daşımışdır.
Audit zamanı şirkətin Keyfiyyəti İdarəetmə Sisteminin effektivliyini və uyğunluğunu müəyyən etmək məqsədilə təhlil və qiymətləndirmə metodlarından istifadə edilmişdir. Seçmə üsulu ilə həyata keçirilmiş audit çərçivəsində “Lion Security” MMC-nin əməkdaşlarının müştəri məmnuniyyətinin artırılması, xidmətlərin keyfiyyətinin davamlı yaxşılaşdırılması yolunda həyata keçirdikləri işlərə nəzər salınmış, görülən işlərin və qeydlərin uyğunluq dərəcələri qiymətləndirilmişdir.
Bəyan olunan siyasətə sadiqlik, keyfiyyət hədəflərinin əldə rəhbər tutulması və müştəri məmnuniyyətinin daim artırılmasını hədəfləyən “Lion Security” MMC-yə yeni uğurlar və nailiyyətlər arzulayırıq.