“Duyma” MMC-yə ISO 22000:2018 Ərzaq Məhsullarının Təhlükəsizliyini İdarəetmə Sistemi sertifikatları təqdim edilmişdir

9 iyul 2024-cü il tarixdə “Duyma” MMC-yə ISO 22000:2018 Ərzaq Məhsullarının Təhlükəsizliyini İdarəetmə Sistemi sertifikatları təqdim edilmişdir. Catering xidmətlərinin göstərilməsi sahəsində ixtisaslaşmış “Duyma” MMC-də ən müasir avadanlıqlardan, monitorinq, ölçmə, təhlil və qiymətləndirməni həyata keçirmək üçün ən qabaqcıl təcrübədən istifadə olunur, istehsal və xidmət sahəsində sanitar normalara ciddi riayyət olunur. Bununla yanaşı milli və beynəlxalq normativ sənədlərin tələblərinə həmçinin, ISO 22000:2018 standartının tələblərinə ciddi əməl olunan “Duyma” MMC-də “Certifica” MMC tərəfindən müəssədə aparılan qiymətləndirmə auditləri çərçivəsində yuxarıda qeyd olunan tələblərə və ISO 22000:2018 standartıın tələblərinə riayət olunma səviyyəsi müəyyən olunmuş və təsdiq olunmuşdur. ISO 22000:2018 beynəlxalq sertifikatları müəssənin rəhbəri Orxan İbrahimliyə “Certifica” MMC direktoru Teymur Muradov tərəfindən təqdim edilmişdir. Bütün kollektivi təbrik edir, işlərində uğurlar arzulayırıq.