QSCert Azərbaycan tərəfindən “UAG CREW MANAGEMENT SERVICES” MMC-yə ISO 9001:2015 – Beynəlxalq Keyfiyyəti İdarəetmə Sistemi Sertifikatları təqdim edilmişdir

02 iyul 2024-cü il tarixdə QSCert Azərbaycan tərəfindən “UAG CREW MANAGEMENT SERVICES” MMC-yə ISO 9001:2015 – Beynəlxalq Keyfiyyəti İdarəetmə Sistemi Sertifikatları təqdim edilmişdir. Gəmilərin heyətlə təmin edilməsi üzrə xidmətinin verilməsi sahəsində ixtisaslaşan “UAG CREW MANAGEMENT SERVICES” MMC-yə beynəlxalq sertifikatları təqdimetmə mərasimi zamanı Keyfiyyəti İdarəetmə Sisteminin Sertifikatlaşması prosesində Certifica MMC tərəfindən təqdim olunan xidmətlərin keyfiyyəti, auditorların səriştəliyi, vaxt rejiminə ciddi əməl olunmasından razılıq bildirildi.
Daha sonra “Certifica” MMC-nin direktoru Teymur Muradov sertifikatlaşma prosesindən sonrakı dövrdə müəssisənin üzərinə düşən öhdəliklər barədə fikirləri ilə bölüşdü. Qarşılıqlı fikir mübadiləsi fonunda davam edən görüşün sonunda müəssisəyə beynəlxalq sertifikatlar təqdim edildi, xatirə şəkli çəkildi.