“Kaspian Education Center” MMC -də ISO 9001:2015 beynəlxalq Keyfiyyəti İdarəetmə Sistemi standartına uyğun olaraq idarəetmə sisteminin birinci nəzarət auditi keçirilmişdir

06 iyun 2024-cü il tarixində “Kaspian Education Center” MMC -də ISO 9001:2015 beynəlxalq Keyfiyyəti İdarəetmə Sistemi standartına uyğun olaraq idarəetmə sisteminin birinci nəzarət auditi keçirilmişdir.
Auditdə „Certifica“ MMC-nin auditorları və QCSert Sertifikatlaşma Orqanının Auditoru Roman Sluch iştirak etmişlər.
Audit, dənizçilərin bilik və bacarıqlarının qiymətləndirilməsi və diplomların verilməsi üzrə ixtisaslaşmış „Kaspian Education Center” MMC –nin baş ofisində (Bakı şəhəri, Nizami rayonu, Özbəkistan küç. 1) keçirilmişdir.
QSCert Beynəlxalq Sertifikatlaşma Təşkilatının Azərbaycanda rəsmi təmsilçisi olan “Certifica” MMC-nin auditorlar qrupu tərəfindən bir gün davam edən audit gedişində müəssisədə ISO 9001:2015 – Keyfiyyəti İdarəetmə Sisteminin aktuallığı, müvafiq qeydlər və standartın tələblərindən irəli gələn işlərin icra vəziyyəti öyrənilərək qiymətləndirilmişdir.
QSCert Beynəlxalq Sertifikatlaşma Təşkilatının Azərbaycandakı rəsmi təmsilçisi olan “Certifica” MMC-nin auditorlar qrupu tərəfindən həyata keçirilmiş audit gedişində auditorların bilik və səriştələrinin qiymətləndirilməsi üçün Xarici auditor tərəfindən müşahidələr aparılmış və qiymətləndirmələr həyata keçirilmişdir. Vitnes auditin nəticələrinə əsasən “Certifica” MMC-nin auditorlar qrupunun səriştəliyi yüksək qiymətləndirilmiş və “Certifica” MMC ümumi reytinq cədvəlində irəliləyərək mövqeyini daha da möhkəmlətmişdir.