15-16 aprel 2024-cü il tarixlərində “AZEC Group” MMC-də ISO 9001:2015; ISO 14001:2015; ISO 45001:2018 beynəlxalq standartlarına uyğun olaraq idarəetmə sistemlərinin sertifikatlaşma auditi keçirilmişdir.
Audit, həm yerli, həm də regional miqyasda müxtəlif infrastruktur sxemləri üçün hərtərəfli həllər təklif edən, tikintiyə, keyfiyyətə nəzarət və təminat, sağlamlıq və təhlükəsizlik idarəçiliyi, eləcə də iri beynəlxalq infrastruktur layihələrində (magistral yollar, tunellər, körpülər və yerüstü keçidlər, su təchizatı) müxtəlif texniki yardım və mühəndis məsləhət xidmətlərinin göstərilməsində ixtisaslaşmış “AZEC Group” MMC –nin baş ofisində keçirilmişdir.
Audit gedişində keyfiyyət, ətraf mühit və əməyin mühafizəsi sahəsində müəssisənin beynəlxalq standartların tələblərinə uyğunluq dərəcəsi öyrənilmiş, müvafiq idarəetmə sistemlərinin icrasından irəli gələn qeydlər nəzərdən keçirilmiş və qiymətləndirilmişdir.
QSCert Beynəlxalq Sertifikatlaşma Təşkilatının Azərbaycandakı rəsmi təmsilçisi olan “Certifica” MMC-nin auditorlar qrupu tərəfindən həyata keçirilmiş auditin yekunlarına əsasən hazırlanmış hesabatlar Sertifikatlaşma orqanı tərəfindən təhlil edilərək yekun qərarın verilməsi üçün göndərilmişdir.