“Az Makina” MMC-də ISO 9001:2015; ISO 14001:2015; ISO 45001:2018 və ISO 10002:2018 beynəlxalq standartlarına uyğun olaraq idarəetmə sistemlərinin sertifikatlaşma auditi keçirilmişdir

01-05 mart 2024-cü il tarixlərində “Az Makina” MMC-də ISO 9001:2015; ISO 14001:2015; ISO 45001:2018 və ISO 10002:2018 beynəlxalq standartlarına uyğun olaraq idarəetmə sistemlərinin sertifikatlaşma auditi keçirilmişdir. “Az Makina” MMC nəqliyyat sahəsində yerli yükdaşımaların artırılması, ölkənin rəqabət qabiliyyətinin gücləndirilməsi, eyni zamanda öz biznes bazarını yaradaraq, yeni texnoloji prosesləri mənimsəməklə, yerli yükdaşımaların həyata keçirilməsi, anbar təsərüffatı, yükləmə və boşaltı işlərinin həyata keçirilməsi, xüsusi təyinatlı texnikalarla xidmət və tikinti sahəsində müxtəlif xidmətlərin göstərilməsi məqsədilə yaradılmışdır. Audit, QSCert Beynəlxalq Sertifikatlaşma Təşkilatının Azərbaycandakı rəsmi təmsilçisi olan “Certifica” MMC-nin auditorlar qrupu tərəfindən həyata keçirilmişdir. Audit nəticələrinə dair auditor qrupunun yekun hesabatının Sertifikatlaşma orqanı tərəfindən təhlili və sertifikatlaşmaya dair yekun qərarın verilməsi cari-mart ayının sonunadək nəzərdə tutulur.