“Arbitro” MMC-yə ISO 9001:2015 – Beynəlxalq Keyfiyyəti İdarəetmə Sistemi Sertifikatları təqdim edilmişdir

19 fevral 2024-cü il tarixdə QSCert Azərbaycan tərəfindən “Arbitro” MMC-yə ISO 9001:2015 – Beynəlxalq Keyfiyyəti İdarəetmə Sistemi Sertifikatları təqdim edilmişdir. Vətəndaşların və hüquqi şəxslərin hüquq problemlərinin həlli, hüquq və qanuni mənafelərin hüquqi müdafiəsinə dəstək verilməsi sahəsində ixtisaslaşan Arbitro MMC-nin Direktoru Nəcəf Əliyev Keyfiyyəti İdarəetmə Sisteminin qurulmasından başlayaraq müəssisənin beynəlxalq sertifikatları əldə etməsinədək keçdiyi yol və görülmüş işlər barədə fikir bildirdi. Daha sonra Certifica MMC-nin direktoru Teymur Muradov sertifikatlaşma prosesi və müəssisənin qarşıdakı dövrdə üzərinə düşən öhdəliklər barədə fikirləri ilə bölüşdü. Qarşılıqlı fikir mübadiləsi fonunda davam edən görüşün sonunda müəssisəyə beynəlxalq sertifikatlar təqdim edildi, xatirə şəkli çəkildi.