13 oktyabr tarixində Kiçik və Orta Biznesin İnkişafı Agentliyi (KOBİA), İş adamları Cəmiyyətinin Milli Assosiasiyası – İCMA və Marsol Group-un birgə təşkilatçılığı ilə “Bakı KOB evi”ndə sahibkarlar üçün növbəti təlimlər baş tutmuşdur. Təlim zamanı “Certifica” MMC-nin direktoru Teymur Muradov çıxış edərək iştirakçıları beynəlxalq ISO standartları, KPI, biznes proseslər və onların optimallaşdırılması yolları barədə məlumatlandırmışdır.