ISO 9001:2015 – Keyfiyyəti İdarəetmə Sistemi sertifikatlaşma auditinə yekun vurulmuşdur

25 oktyabr 2023-cü il tarixində Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinin tabeliyində olan “İstehlak Mallarının Ekspertizası Mərkəzi”ndə ISO 9001:2015 – Keyfiyyəti İdarəetmə Sistemi beynəlxalq standartı üzrə sertifikatlaşma auditinə yekun vurulmuşdur.
QSCert Beynəlxalq Sertifikatlaşma Təşkilatının Azərbaycanda rəsmi təmsilçisi olan “Certifica” MMC-nin auditorlar qrupu tərəfindən iki gün davam edən audit gedişində müəssisədə ISO 9001:2015 – Keyfiyyəti İdarəetmə Sisteminin aktuallığı, müvafiq qeydlər və standartın tələblərindən irəli gələn digər işlərin icra vəziyyəti öyrənilərək qiymətləndirilmişdir.
Audit nəticələri QSCert Beynəlxalq Sertifikatlaşma Təşkilatı tərəfindən dəyərləndirildikdən sonra müəssisəyə beynəlxalq sertifikatın verilməsi məsələsinə baxılacaqdır.
Qeyd etmək lazımdır ki, sertifikatlaşma xidməti Certifica MMC-nin qalib gəldiyi tender əsasında həyata keçirilmişdir.