Sertifikatlaşma

Sertifikatlaşma



Rəqabət mühitinin sürətlə böyüməsi müxtəlif istiqamətli bazar münasibətlərində şirkətləri rəqiblərin kütləsindən fərqlənməyə, istehsal olunan məhsulların, göstərilən xidmətlərin yüksək keyfiyyətini, əməkdaşlığın etibarlılığını və sabitliyini vurğulamağa kömək edən alternativ vasitələr axtarmağa məcbur edir.

Bu vasitələrdən biri də İSO standartları və onların müəssisədə tətbiqini təsdiq edən sertifikatların əldə edilməsidir. Bunlar ölçüsündən və fəaliyyət dairəsindən asılı olmayaraq bütün təşkilatlara şamil olunan universal beynəlxalq standartlardır. "Certifica" MMC-nin mütəxəssisləri müvafiq ISO standartları əsasında sertifikatlaşdırma xidmətlərində peşəkar kömək göstərməyə hazırdırlar. konkret standartın mövcud xüsusiyyətləri, sertifikatlaşma prosesinin mərhələləri və standartlaşdırılmış idarəetmə modelinin biznesinizin inkişafına müsbət təsirləri barədə ödənişsiz təqdimatımızdan yararlanmaq istəyirsinizsə aşağıdakı formanı doldurub bizə göndərməyiniz kifayətdir.

ISO sertifikatlaşma xidməti beynəlxalq akkreditasiyası olan Avropa qurumunun bazasında həyata keçirilir. Nəticədə müştəriyə təqdim olunan ISO (idarəetmə sistemi) sertifikatları yerli deyil, beynəlxalq çəkiyə sahib olmaqla dünyanın istənilən ölkəsində qeyd-şərtsiz qəbul olunur. Sertifikatların üzərində qeyd olunan QR kod vasitəsi ilə istənilən şəxs sertifikatın IAF (International Accreditation Forum) reyestrində mövcudluğunu anında yoxlaya, verifikasiya edə bilər. Bu hal müştərini Sertifikatlaşma orqanına müraciət etmək, cavab gözləmək kimi hallardan azad etməyə, vaxta qənaət etməyə imkan verir. Tərəfimizdən verilən sertifikatların köməyi ilə tərəfdaşlarımız istər yerli, istərsə də xarici bazarlara məhsul və xidmətlər ixrac edir, tenderlərdə uğurla iştirak edir. Sertifikatlaşma xidmətlərimizdən istifadə etmək üçün aşağıdakı linkə keçid edərək müvafiq formanı doldurub bizə göndərməyiniz kifayətdir.