Audit

Audit



Qloballaşma şəraitində iqtisadi münasibətlər dərinləşdikcə, keyfiyyət, sağlamlıq, ətraf mühit, informasiya təhlükəsizliyi və digər bir çox sahələrdə tələblər önə çıxdıqca yeni əməkdaşlıq formaları, xidmətlər də meydana çıxır. Bu xidmətlərdən də biri ISO standartlarını tətbiq etmiş şirkət və şirkətlərdə maraqlı tərəf auditi keçirməklə müvafiq idarəetmə sisteminin işləkliyi və effektivliyinin qiymətləndirilməsi, gələcək əməkdaşlıq üçün əminliyin yaradılmasıdır.
Certifica MMC öz ətrafında ISO standartları və sertifikatlaşma sahəsində çoxillik təcrübəsi olan peşəkar heyəti birləşdirir. On illər ərzində əldə olunmuş təcrübə audit zamanı faktları düzgün şərh etmə, obyektiv qiymətləndirmə kimi audit prinsiplərini əldə rəhbər tutmaqla yoxlanılan sistemin müfəssəl qiymətləndirilməsinə şərait yaradır. Peşəkar qiymətləndirmə yolu ilə keçirilən auditlər isə müştəriyə əlavə dəyər yaratmağa imkan verir, idarəetmə sistemlərindəki boşluqların aradan qaldırılması, sistemin effektivliyinin artırılmasına rəvac verir.
Müəssisənizdə mövcud idarəetmə sisteminin, bundan əlavə əməkdaşlıq etdiyiniz, yaxud etmək niyyətində olduğunuz hər-hansı müəssisənin müvafiq idarəetmə sisteminin (ISO standartlarının tələbləri əsasında yaradılan və fəaliyyət göstərən) auditini həyata keçirmək istəyirsinizsə aşağıdakı linkdə qeyd olunan formanı doldurub bizə göndərməyiniz kifayətydir.