Sertifikatlaşma
xidməti haqqında
Rəqabət mühitinin sürətlə böyüməsi müxtəlif istiqamətli bazar münasibətlərində şirkətləri rəqiblərin kütləsindən fərqlənməyə, istehsal olunan məhsulların, göstərilən xidmətlərin yüksək keyfiyyətini, əməkdaşlığın etibarlılığını və sabitliyini vurğulamağa kömək edən alternativ vasitələr axtarmağa məcbur edir.
Bu vasitələrdən biri də İSO standartları və onların müəssisədə tətbiqini təsdiq edən sertifikatların əldə edilməsidir.
Audit
xidməti haqqında
Qloballaşma şəraitində iqtisadi münasibətlər dərinləşdikcə, keyfiyyət, sağlamlıq, ətraf mühit, informasiya təhlükəsizliyi və digər bir çox sahələrdə tələblər önə çıxdıqca yeni əməkdaşlıq formaları, xidmətlər də meydana çıxır. Bu xidmətlərdən də biri ISO standartlarını tətbiq etmiş şirkət və şirkətlərdə maraqlı tərəf auditi keçirməklə müvafiq idarəetmə sisteminin işləkliyi və effektivliyinin qiymətləndirilməsi, gələcək əməkdaşlıq üçün əminliyin yaradılmasıdır.
Təlim
xidməti haqqında
Məşhur iqtisadi yanaşmaya əsaslansaq qeyd edə bilərik ki, hər – hansı şirkətin potensialı ən mühüm üç resurs komponentindən: istehsal müəssisələri (binalar və avadanlıqlar), investisiya və insanlar, yəni insan resurslarından ibarətdir. Təxminən yarım əsrlik tarixi olan "İnsan resursları" termini şəxs-əməkdaşın şirkətin səmərəliliyində tanınmağa başlayan strateji əhəmiyyətini vurğulamaqdadır.

