05 iyun 2024-cü il tarixində QSCert Sertifikatlaşma Orqanının Azərbaycan Respublikasındakı təmsilçisi və tərəfdaşı olan „Certifica“ MMC-nin ofisində qiymətləndirilmə auditi keçirilmişdir.
Audit QCSert Sertifikatlaşma Orqanının Auditoru Roman Sluch tərəfindən keçirilmişdir. Auditdə „Certifica“ MMC tərəfindən sertifikatlaşma və nəzarət auditlərinin təşkili və keçirilməsinin beynəlxalq və daxili normativ sənədlərin tələblərinə uyğunluğu qiymətləndirilmişdir. Audit çərçivəsində sənədlər və qeydlərə baxış keçirilmiş, vitnes audit vasitəsilə auditin yerlərdə keçirilməsi müşahidə edilmişdir. Vitnes audit ISO 9001:2015 Standartı əsasında sertifikatlaşdırılmış “Kaspian Education Center” MMC-də ilk nəzarət auditi çərçivəsində baş tutmuşdur. Qiymətləndirmə auditi gedişində ciddi uyğunsuzluq aşkar edilməmiş, yaxşılaşdırma üzrə bir sıra tövsiyələr verilmişdir. Ümumi audit nəticələrinə əsasən “Certifica” MMC-nin təqdim etdiyi xidmətlərin keyfiyyət göstəriciləri yüksək ballarla qiymətləndirilmişdir.