Azərbaycan Dövlət Dəniz Akademiyasinda Keyfiyyəti İdarəetmə Sisteminin ilkin auditi keçirilmişdir.

04-05 aprel 2024-cü il tarixlərində Azərbaycan Dövlət Dəniz Akademiyasinda ISO 9001:2015 beynəlxalq Keyfiyyəti İdarəetmə Sistemi standartına uyğun olaraq Keyfiyyəti İdarəetmə Sisteminin ilkin auditi keçirilmişdir.
Keyfiyyəti İdarəetmə Sisteminin “dənizçilik mütəxəssislərinin hazırlanması üçün təhsil proqramlarının hazırlanması və tədris fəaliyyətinin həyata keçirilməsi, o cümlədən ali təhsil, orta ixtisas təhsili, ixtisasartırma, təkmilləşdirmə, dənizçilərin təkrar hazırlığı” əhatə dairəsi üzrə fəaliyyət göstərən Azərbaycan Dövlət Dəniz Akademiyasında ilkin qiymətləndirmə zamanı müvafiq prosedurlar, əsasnamələr, təlimatlar və digər sənədləşdirilmiş məlumatlar adekvatlığın qiymətləndirilməsi çərçivəsində təftiş edilmişdir. Azərbaycan Dövlət Dəniz Akademiyasının Keyfiyyəti İdarəetmə Sistemi eyni zamanda Dənizçilk sahəsində fəaliyyət göstərən bir sıra Beynəlxalq Konvensiyalar və digər müvafiq normativ sənədlər əsasında işlənib hazırlanmış və fəaliyyət göstərməkdədir.
Audit, QSCert Beynəlxalq Sertifikatlaşma Təşkilatının Azərbaycandakı rəsmi təmsilçisi olan “Certifica” MMC-nin auditorlar qrupu tərəfindən həyata keçirilmişdir.
Qeyd etmək lazımdır ki, xarici auditə hazırlıq ərəfəsində ADDA-nın bir qrup nümayəndəsinə Certifica MMC tərəfindən ISO 19011 Beynəlxalq standartı əsasında Keyfiyyəti İdarəetmə Sisteminin Daxii auditi proqramı üzrə tədrislər təşkil olunmuşdur.