“İstehlak Mallarının Ekspertizası Mərkəzi” MMC-yə beynəlxalq sertifikatların təqdimetmə mərasimi keçirilmişdir.

27 dekabr 2023-cü il tarixində Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinin tabeliyində “İstehlak Mallarının Ekspertizası Mərkəzi” MMC-yə beynəlxalq sertifikatların təqdimetmə mərasimi keçirilmişdir.
Mərasimdə çıxış edən “İstehlak Mallarının Ekspertizası Mərkəzi” MMC-nin rəhbəri Emil Əhmədov müəssisədə qurulan ISO 9001:2015 (Keyfiyyəti İdarəetmə Sistemi) standartı barədə məlumat vermiş, həyata keçirilən işləri yüksək qiymətləndirmişdir. Daha sonra QSCert sertifikatlaşma qurumunun Azərbaycan Respublikasındakı rəsmi təmsilçisi olan Certifica MMC-nin rəhbəri Teymur Muradov “İstehlak Mallarının Ekspertizası Mərkəzi” MMC-də Keyfiyyəti İdarəetmə Sisteminin sertifikatlaşdırılması ilə bağlı görülmüş işlər, birinci və ikinci mərhələ auditlərinin gedişi barədə tədbir iştirakçılarına məlumat verdi. O, dövlət satınalması tenderi yolu ilə icra olunan layihənin uğurla yekunlaşması və müəssisənin beynəlxalq sertifikatlara layiq görülməsi ilə bağlı “İstehlak Mallarının Ekspertizası Mərkəzi” MMC-nin rəhbərliyini və şəxsi heyətini təbrik etdi. Daha sonra “İstehlak Mallarının Ekspertizası Mərkəzi” MMC-nin rəhbəri cənab E. Əhmədova beynəlxalq sertifikatlar təqdim edildi.
Sonda müəssisənin rəhbər heyəti ilə xatirə şəkli çəkildi.