Azərbaycan Respublikasının İqtisadiyyat NazirliyindəISO 9001:2015 və QS 10006:2018 sertifikatlaşma auditi keçirilmişdir.

Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyinin tabeliyində “İnformasiya Texnologiyaları və Məlumat İdarəetmə Mərkəzi”ndə ISO 9001:2015 (Keyfiyyəti İdarəetmə Sistemi) və QS 10006:2018 (Layihələrdə Keyfiyyəti İdarəetmə üzrə Rəhbər Göstərişlər) beynəlxalq standartlarının tələblərinə uyğun olaraq 10-11 oktyabr 2023-cü il tarixində sertifikatlaşma auditi keçirilmişdir.
Audit, QSCert Beynəlxalq Sertifikatlaşma Təşkilatının Azərbaycanda rəsmi təmsilçisi olan “Certifica” MMC-nin auditorlar qrupu tərəfindən həyata keçirilmişdir.