18 oktyabr 2023-cü il tarixində Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinin tabeliyində olan “İstehlak Mallarının Ekspertizası Mərkəzi”ndə ISO 9001:2015 beynəlxalq standartının tələblərinə uyğun olaraq ilkin sertifikatlaşma auditi keçirilmişdir.
Audit, QSCert Beynəlxalq Sertifikatlaşma Təşkilatının Azərbaycanda rəsmi təmsilçisi olan “Certifica” MMC-nin auditorlar qrupu tərəfindən həyata keçirilmişdir. Auditin giriş iclasında auditin meyarları, müddəti, auditor qrupunun üzvləri iclas iştirakçıların diqqətinə çatdırılmış və onların sualları cavablandırılmışdır. Qeyd etmək lazımdır ki, sertifikatlaşma xidməti Certifica MMC-nin qalib gəldiyi tender əsasında həyata keçirilir.